Futbil üzrə dünya Çempionatı müddətində Qətərdə otellərin qiyməti rekord həddə çatıb.
Lent.az xəbər verir ki, bu vəziyyət azarkeşləri xüsusi hazırlanmış koteclərdə qalmağa vadar edir. Qiyməti münasib olsa da, bu koteclərdən çoxları narazıdır. Sosial şəbəkədə avropalı azarkeşlərin bildirdiyinə görə, bu vaqona bənzər koteclərdə komfort yetərli deyil.
Təxminən 10 kvadrat metr yer 2 nəfər üçün nəzərdə tutulub. Tikinti işləri davam edir. ərazidə gecə-gündüz avtomobil və kran səsindən yatmaq mümkün deyil.