Ayaqyalın əsgər dünya rekordunu necə yenilədi? - Olimpiya barədə bir neçə fakt  
04 iyul 2022 04:30 (UTC +04:00)

Ayaqyalın əsgər dünya rekordunu necə yenilədi? - Olimpiya barədə bir neçə fakt  

Eradan əvvəl 776-cı ildə başlayan ilk Olimpiya oyunları qədim Elladada (Yunanıstan) ciddi maraq doğurdu. Sonralar unudulan bu yarışma 1896-cı ildıə həyata təkrar vəsiqə aldı. Həm də beynəlxalq formatda.

Lent.az 1896-cı ildən sonra dünya Olimpiada tarixində baş vermiş bir neçə maraqlı hadisəni oxuculara təqdim edir.

1900-cü ildə Parisdə keçirilən Olimpiada oyunlarında ilk dəfə qadınlar az sayda olsa da iştirak edir. 997 atletin cəmi 22-si qadın idi. Onların qatıldığı idman növləri də məhdud olub.

1924-cü ildə isə ilk dəfə Fransanın Şamoni şəhərində keçirilən Qış Olimpiada Oyunlarını rekord sayda – 10 000 tamaşaçı izləyir. 

1928-ci ildə Amsterdamda keçirilən Olimpiadada qadın atletlərin iştirakına icazə verildi. Boksçu qadınlar isə olimpiadada iştirak üçün 2012-ci il London Olimpiadasını gözləməli oldular.

1936-cı ildə Berlin Olimpiadasından təbliğat məqsədi ilə istifadə etmək istəyən Hitlerin ümidi puça çıxır. Afroamerikalı Jess Ouens alman atleti qabaqladığı üçün fürer əsəbləşir. 

1960-cı il Roma Olimpiadasında bənzəri olmayan hadisə baş verir. Efiopiyalı idmançı yaralandığı üçün onu indiyədək heç kimin tanımadığı ... əsgər Abebe Bikila əvəz edir. Yarışı izləyən general son anda ona atleti əvəz etməyi əmr edir. Heç bir hazırlıq keçməyən, normal geyimsiz, hətta ayaqqabısı belə olmayan əsgər dünyanı təəəccübləndirməyi bacarır. Ayaqyalın əsgər Marafon qaçışını (42 km) 2 saat 15 dəqiqə 16 saniyəyə tamamlayaraq dünya rekordunu yeniləyir. Bikila Qərbi Avropaya Olimpiya medalını gətirərək növbəti krekorda imza atır. Lakin iş bununla bitmir. O, 4 il sonra Tokio Olimpiadasından da qalib kimi ayrılır. 

Əlil idmançılar ilk dəfə 1948-ci il Olimpiadasında iştirak etsələr də, paralimpiyaçıların bu tədbirdə daimi iştirakının təməli 1960-cı il Roma Olimpiadasında qoyulur. 

Bir çox dövlət seqreqasiyaya görə 1968-ci il Meksika Olimpiadasını, aparteid rejiminə görə 1976-cı il Monrteal Olimpiadasını, Əfqanıstan məsələsinə görə isə 1980-ci il Moskva Olimpiadasını boykot edir.

Nəhayət, 2000-ci il Sidney olimpiadasında Şimali və Cənubi Koreya komandaları vahid şəkildə Bİrləşmiş Koreyanın bayrağı altında çıxış edirlər.

Qeyd edək ki, 15 sentyabr-1 oktyabr tarixlərində  Avstraliyanın Sidney şəhərində keçirilən 2000-ci il Yay Olimpiya Oyunlarında Azərbaycan 31 idmançı ilə 8 idman növündə təmsil olunub. Azərbaycan idmançıları Sidneydən vətənə 2 qızıl və 1 bürünc olmaqla 3 medalla qayıdıb.  

# 2451
avatar

Oxşar yazılar