2021-ci ildə milli komandaların oyunlarına daha çox ev sahibliyi edən stadionlar açıqlanıb.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, cədvələ ən azı 8 oyuna ev sahibliyi edən arenalar daxil olub.
Avropanın yalnız 7 arenası siyahıya düşüb. Bakı Olimpiya Stadionu da cədvəldə yer alıb.
Azərbaycanın ən böyük idman qurğusu il ərzində yığma səviyyəli 9 matç qəbul edib. Bunlardan dördü AVRO-2020-nin final mərhələsi, beşi Azərbaycan millisinin oyunlarıdır.
Bakı Olimpiya Stadionu cədvəldə 2-ci yerə şərikdir. Yalnız “Uembli” daha çox – 13 matç qəbul edib.
İl ərzində 8 və daha çox milli səviyyəli oyun qəbul edən Avropa stadionları
1. “Uembli” (London, İngiltərə) - 13
2-4. Bakı Olimpiya Stadionu (Bakı, Azərbaycan) – 9
2-4. “Hampden Park” (Qlazqo, Şotlandiya) – 9
2-4. “Ferens Puşkaş stadion” (Budapeşt, Macarıstan) – 9
5-7. “Qazprom Arena” (Sankt-Peterburq, Rusiya) – 8
5-7. “Friends Arena” (Solna, İsveç) – 8
5-7. “Parken” (Kopenhagen, Danimrka) - 8