"Real Sosyedad" və "Latsio"nun azarkeşləri arasında baş verən qarşıdurma nəticəsində 3 nəfər bıçaq xəsarətləri alıb.
Lent.az xəbər verir ki, bu barədə İspaniyanın “Football Espana” internet nəşri məlumat yayıb.
Bu gün, yanvarın 23-də baş tutması planlaşdırılan Avropa Liqasının ümumi mərhələsinin 7-ci turunun oyunu öncəsi Romada "Real Sosyedad" və "Latsio" tərəfdarları arasında dava düşüb. “Latsio” azarkeşlərinin sayının 80 nəfəri keçdiyi qeyd edilir.
Bıçaqlananlardan iki nəfər ağır yaralanıb. Polis gəldikdən sonra “Latsio” azarkeşləri hadisə yerindən qaçıblar. Hazırda Roma polisi videogörüntüləri öyrənir.