Avrokuboklardakı təhlükə - Azərbaycan üçün
27 fevral 2022 02:30 (UTC +04:00)

Avrokuboklardakı təhlükə - Azərbaycan üçün

Azərbaycanın yeni mövsümə UEFA reytinqində başlayacağı mövqe bəlli olub.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, ölkəmiz 2022/23 mövsümünün startında Avropanın 29-cusu olacaq.

2021/22 mövsümünün sonunda qitədə 26-cı olsaq da, bu dəfə üç pillə geridən başlayacağıq. Buna 2017/18 mövsümünün nəticələri səbəb olub. Həmin vaxt qazanılan xalların silinməsi geriləməklə nəticələnəcək.

Azərbaycan və daha aşağı pillələrdə qərarlaşan ölkələrin avrokuboklarda təmsilçisi qalmayıb. Bu üzdən mövsümün sonunadək irəliləmək və ya geriləmək ehtimalı yoxdur.

29-cu pillədən başladığımız mövsümdə klublarımız mütləq irəliləyişə nail olmalıdır. Çünki bu mövqe təhlükədən xəbər verir. 29-cu olan ölkə Konfrans Liqasında yalnız iki klubunu II təsnifat mərhələsinə göndərəcək. Çempionatda 3-cü yerin sahibi isə 1-ci təsnifat mərhələsindən yarışa qatılacaq. 

UEFA reytinqində növbəti mövsüm öncəsi vəziyyət
1. İngiltərə - 81.284
2. İspaniya - 72.141
3. Almaniya - 61.784
4. İtaliya - 56.712
5. Fransa - 45.581
6. Niderland - 42.800
7. Portuqaliya - 41.716
8. Şotlandiya - 30.900
9. Avstriya - 28.700
10. Belçika - 28.000
11. Serbiya - 26.500
12. Ukrayna - 23.800
13. İsveçrə - 23.175
14. Yunanıstan - 22.100
15. Xorvatiya - 22.025
16. Norveç - 22.000
17. Rusiya - 21.882
18. Danimarka - 21.725
19. Çexiya - 21.700
20. Türkiyə - 20.100
21. Kipr - 19.375
22. İsrail - 18.750
23. İsveç - 17.500
24. Bolqarıstan - 15.500
25. Macarıstan - 14.750
26. Rumıniya - 14.250
27. Slovakiya - 13.750
28. Polşa - 13.000
29. Azərbaycan - 12.625
30. Qazaxıstan - 11.500
31. Sloveniya - 10.375
32. Belarus - 9.250
33. Moldova - 8.500
34. Kosovo - 8.166
35. Latviya - 7.875
36. Lüksemburq - 7.875
37. Bosniya-Herseqovina - 7.750
38. Finlandiya - 7.625
39. Litva - 7.625
40. Ermənistan - 7.500
41. Şimali İrlandiya - 7.333
42. İrlandiya - 7.000
43. Gürcüstan - 6.875
44. Farer adaları - 6.500
45. Estoniya - 6.416
46. Malta - 5.625
47. Albaniya - 5.375
48. Uels - 5.000
49. Cəbəllütariq - 4.916
50. Lixtenşteyn - 4.500
51. Andorra - 4.499
52. İslandiya - 4.250
53. Şimali Makedoniya - 3.875
54. Montenegro - 3.750
55. San Marino - 1.166

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6524

Oxşar yazılar