"Avro-2024" ərəfəsində Almaniyada böyük terror ola bilər  - XƏBƏRDARLIQ
19 iyun 2024 19:59 (UTC +04:00)

"Avro-2024" ərəfəsində Almaniyada böyük terror ola bilər - XƏBƏRDARLIQ

Almaniya kəşfiyyatı və xüsusi xidmət orqanları Almaniya hakimiyyətinə, eləcə də “Avro 2024”ün təşkilat komitəsinə futbol turniri zamanı ölkədə terror aktının baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Almaniyanın daxili işlər naziri Nensi Feser bildirib ki, Avropa və onunla birlikdə Almaniya hazırda daim terrorizmlə əlaqəli cihadçı təşkilatların radarı altındadır.

“Mümkün ssenari, mart ayında Moskvada gördüyümüz hücuma bənzər genişmiqyaslı koordinasiyalı hücumdur”, - Almaniyanın Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarəsinin rəhbəri Tomas Haldenvanq həmkarının sözləri ilə razılaşıb.

2024-cü il futbol üzrə Avropa çempionatı Almaniyanın 10 şəhərində keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3183
avatar

Oxşar yazılar