AVRO-2020:  Bakıda tarixi oyun keçiriləcək
12 iyun 2021 03:14 (UTC +04:00)

AVRO-2020: Bakıda tarixi oyun keçiriləcək

 

Bu gün AVRO-2020-də daha üç oyun keçiriləcək.

Apasport.az saytının məlumatına görə, altı komanda I turun matçına çıxmaqla çempionatda mübarizəyə start verəcək.

Bakı tarixində ilk dəfə qitə çempionatının görüşünü qəbul edəcək. Uelslə İsveçrə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. Bu matçla A qrupunda ilk tur başa çatacaq.

Digər iki oyun B qrupunda keçiriləcək. Şimallıların duelində Danimarka yarışın debütantı Finlandiyanı sınağa çəkəcək.

Günə Sankt-Peterburqda yekun vurulacaq. Rusiya çempionatın favoritləri sırasında yer alan Belçika ilə görüşəcək.

Qeyd edək ki, ilk turun oyunları iyunun 15-dək davam edəcək.

AVRO-2020-nin təqvimi
I tur, 12 iyun

A qrupu
17:00. Uels – İsveçrə
Baş hakim: Klemen Turpin (Fransa)
Bakı Olimpiya Stadionu

B qrupu
20:00. Danimarka – Finlandiya
Baş hakim: Entoni Teylor (İngiltərə)
Kopenhagen. “Parken” stadionu

23:00. Belçika - Rusiya
Baş hakim: Antonio Migel Mateu Lahoz (İspaniya)
Sankt-Peterburq stadionu

# 1455
avatar

Oxşar yazılar