"Barselona" rəhbərliyi "Atletiko"nun hücumçusu Yannik Karrasko ilə hələ də maraqlanır.
Lent.az bildirir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, bu ilin yanvarında mavi-qranatlılar belçikalının Memfis Depayla dəyişdirilməsi imkanını nəzərdən keçirib.
Mənbənin məlumatına görə, kataloniyalıların baş məşqçisi Xavi 29 yaşlı futbolçunu komandanın sol cinahını gücləndirmək üçün uyğun namizəd hesab edir.
Uğurlu transfer olacağı təqdirdə "Barselona" Ansu Fati və Ferran Torresi satmağı nəzərdə tutur.
Xatırladaq ki, Karrasko 2020-ci ilin avqustunda “Atletiko”ya qayıdıb. O, daha əvvəl 2015-2018-ci illərdə Madrid klubunda çıxış edib. O, bu mövsüm komandanın heyətində 30 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.