Atası Messinin transferi ilə bağlı  danışıqlara başladı
12 yanvar 2023 23:07 (UTC +04:00)

Atası Messinin transferi ilə bağlı danışıqlara başladı

Oğlunun maraqlarını təmsil edən Lionel Messinin atası Xorxe Səudiyyə Ərəbistanındadır və müştərisini “Əl-Hilal”a keçid imkanını müzakirə edir. 

Lent.az bildirir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, 35 yaşlı hücumçunun PSJ ilə müqaviləsi bu mövsümün sonunda başa çatır.

Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanı klubu argentinalıya illik 300 milyon avro maaş təklif edir. Hazırda tərəflərin danışıqların hansı mərhələsində olduğu barədə məlumat verilmir.

Əlavə edək ki, Messi 2021-ci ilin avqustunda PSJ-yə keçib. O, bu mövsüm Liqa 1 klubunda 20 oyuna çıxıb, 13 qol vurub və 14 məhsuldar ötürmə edib.

# 1527
avatar

Oxşar yazılar