“Arsenal” Saka ilə MÜQAVİLƏNİ YENİLƏDİ
25 fevral 2023 23:08 (UTC +04:00)

“Arsenal” Saka ilə MÜQAVİLƏNİ YENİLƏDİ

“Arsenal” Bukayo Saka ilə müqaviləni yeniləyib.

Lent.az Apasport.az saytına istinadla xəbər verir ki, “topçular”ın 21 yaşlı futbolçu ilə yeni razılaşması 2027-ci ilə qədər nəzərdə tutulub.

İngiltərə millisinin üzvünün müqaviləsinin detalları açıqlanmayıb.

Qeyd edək ki, “Arsenal” komandasının öz yetirməsi olan Bukayo Saka 2019-cu ildən əsas komandanın heyətində çıxış edir. Futbolçu bu mövsüm 31 matçda iştirak edərək, 10 qol və 8 assistlə yadda qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1848
avatar

Oxşar yazılar