“Arsenal” hələ də bu yay hücum xəttini gücləndirmək istəyir.
Lent.az xarici mediaya istinadla bildirir ki, ötən mövsüm 54 qol vuran Viktor Dokereş artıq "topçular"a qoşulub. Klub cinahlar üçün variantları da nəzərdən keçirib.
“Arsenal”ın hücum xəttində bu mövqeyə iddialılar arasında “Real”dan Rodriqo da var. "Topçular" bütün yay braziliyalı ilə maraqlanıb.
Cinah oyunçusunun Madrid klubundakı vəziyyəti fərziyyələri artırıb, o, Klublararası Dünya çempionatımım əhəmiyyətli bir hissəsini buraxıb, altı oyunun üçündə ehtiyat oyunçular arasında oturub və cəmi 95 dəqiqə oynayı. Bu, onun mümkün gedişi ilə bağlı çoxlu xəbərlərin yayılmasına səbəb olub, baxmayaraq ki, İspaniyadan gələn son xəbərlərdə onun “Real”da yer uğrunda mübarizə aparmağa hazır olduğu irəli sürülüb.
Bununla belə, bu, "Arsenal"ı dayandırmır. Qeyd edildiyi kimi, bu yaxınlarda yüksək qiymətə (“Kral klubu” 90 milyon qiymət təyin edib) və əhəmiyyətli maaş tələblərinə görə onu rədd edən “topçular” yenidən Rodriqo ilə maraqlanır.
Amma London klubu transferi öz şərtləri ilə təşkil etmək istəyir – icarə, sonra isə tam transfer. "Arsenal"ın alternativ variantı da var - "Kristal Pelas"dan Ebereçi Eze.