Argentinanın son şansı:   Meksika ilə bacaracaqmı?
26 noyabr 2022 11:08 (UTC +04:00)

Argentinanın son şansı: Meksika ilə bacaracaqmı?

Bu gün Qətərdə keçirilən 2022-ci il futbol üzrə dünya çempionatında C qrupunda Argentina və Meksika komandaları oynayacaq.

Lent.az xəbər verir ki, bu oyun Argentina komandasının çempionatda qalması üçün sonuncu şansıdır.

Matç bu axşam “Lusail İkonik” stadionunda baş tutacaq. Argentina FİFA reytinqinə görə 3-cü, rəqibi Meksika isə 13-cü yerdədir. Aralarında bugünədək 20 oyun keçirilib ki, onların 14-ü Argentinanın qələbəsi ilə başa çatıb.

Səudiyyə Ərəbistanının çərşənbə axşamı “La Albiseleste” üzərindəki şok qələbəsinə qədər Argentinanın forması həqiqətən də güclü idi. 30-dan çox oyunda məğlub olmamışdı və Qətər Dünya Kubokunda kuboku qaldırmaq üçün favoritlərdən biri idi.

Futbol şərhçilərinin fikirlərinə görə, Argentina Səudiyyə komandasına ağır məğlubiyyətindən toparlana bilməsə, bu rüsvayçı və Messinin karyerasına son qoyacaq bir oyun olacaq. Argentinanın müdafiəsi adətən möhkəmdir. Buna görə də, Meksikanın qol vurması bir az şübhə doğurur. Şərhçilərin sözlərinə görə, Meksikanın da müdafiəsi güclü olmağına baxmayaraq, Argetina üçün onu keçmək elə də çətin deyil.

Argentinada Messi, Anxel di Mariya, Julian Alvares, Lautaro Martínez və Xoakin Korrea hücumda hazırdır.

Meksikalıların ümidləri əsasən, hücumçu Raul Ximenezin çiynində qalacaq. “Çiçarito” ləqəbli Xavyer Hernandes oynamayacaq.

FİFA reytinqinə əsasən, 13-cü yerdə olan Meksika 51-ci yerdə olan Səudiyyə Ərəbistanından qat-qat üstüdür. Onlar ardıcıl səkkiz Dünya Kubokunda oynayıblar və Qətərdəki azarkeşləri ən səs-küylülərdəndir. Lakin Argentina yüksək səviyyəli komanda olaraq qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3210
avatar

Mehman Nəbiyev

Oxşar yazılar