Argentina futbolçularının xanımları Martinezi təkrarladılar - FOTO
24 mart 2023 17:35 (UTC +04:00)

Argentina futbolçularının xanımları Martinezi təkrarladılar - FOTO

Argentina millisinin futbolçularının həyat yoldaşları qapıçı Emiliano Martinezin etdiyi hərəkəti təkrarlayıblar.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə qapıçının arvadı Mandinha Martinez foto paylaşıb. Məlumata görə, futbolçuların xanımları Panama ilə yoldaşlıq görüşünün əsas vaxtı (2:0) başa çatdıqdan sonra Martinezin jestini təkrarlayıblar.

Söhbət Emiliano Martinezin dünya çempionatının finalında mükafatlandırma mərasimindəki qalmaqallı jestindən gedir.

Qapıçının mükafatı qasıq nahiyəsinə vuraraq sevincini əks etdirməsi bəzi azarkeş və mütəxəssislərin narazılığına səbəb olub.

# 2928
avatar

Oxşar yazılar