“Yuventus”un argentinalı futbolçuları Anxel Di Mariya və Leandro Paredes Qətərdə keçirilən 2022-ci il Dünya Kubokunu heyrətamiz nəticələrlə qazandıqları üçün oyunçulara verilən qızıl medalları ölçüblər.
Lent.az xarici mediaya istinadla bildirir ki, Di Mariya 441 qramlıq medalını tərəziyə birinci qoyub. Paredesin mükafatı daha yüngül olub, 429 qram.
Argentina millisinin futbolçuları üzə çıxan faktı yumorla qəbul ediblər. Di Mariya gülərək qışqırıb: “Medalım daha ağırdır!”. Paredes buna gülüb: “Kimsə mənim medalımdan bir neçə qram oğurlayıb”.
Xatırladaq ki, Argentina turnirin finalında Fransa yığmasına qalib gələrək (3:3, 4:2 pen.) qızıl medal qazanıb. Paredes turnirdə 5 oyun keçirib və xal qazanmayıb. Di Mariya mundialın finalında vurduğu qolla bir məhsuldar ötürmə edib.