Arda Turan “Qarabağ”ın oyunçusunu almaq istəyir
09 oktyabr 2025 11:06 (UTC +04:00)

Arda Turan “Qarabağ”ın oyunçusunu almaq istəyir

0

Donetsk "Şaxtyor"unun baş məşqçisi Arda Turan azərbaycanlı müdafiəçi Toral Bayramovu almağı planlaşdırır.

Lent.az Ukrayna KİV-nə istinadla bildirir ki, “Qarabağ”da və Azərbaycan millisində çıxış edən Bayramovun müqaviləsi bu mövsümün sonuna qədərdi.

“Transfermarkt”a görə, onun bazar dəyəri təxminən 1,5 milyon avrodur.

24 yaşlı Bayramov “Qarabağ”ın heyətində 200-dən çox oyun keçirib, 33 qol vurub və 42 məhsuldar ötürmə edib. O, həmçinin Azərbaycan millisinin heyətində 30-dan çox oyun keçirib və 4 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 480

Oxşar yazılar