Arda Gülər  "Real"ın ən yaxşı futbolçusu seçildi
08 noyabr 2025 18:09 (UTC +04:00)

Arda Gülər "Real"ın ən yaxşı futbolçusu seçildi

0

Arda Gülər səsvermənin nəticələrinə əsasən oktyabr ayının “Real Madrid” klubundakı ən yaxşı futbolçusu seçilib.

Lent.az xəbər verir ki, 20 yaşlı türkiyəli hücumçu noyabrın 7-də mükafatını alıb.

Keçən ay Gülər dörd oyunda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb. Madrid təmsilçisi həmin dörd görüşün hamısında qələbə qazanıb: “Vilyarreal”a qarşı 3:1, “Xetafe”yə qarşı 1:0, “Barselona”ya qarşı 2:1 və “Yuventus”a qarşı 1:0 hesabı ilə.

Gülər 2023-cü ildə “Real Madrid” klubuna transfer olunub və onun müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 60 milyon avro təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar