İspaniya çempionu və Çempionlar Liqasının qalibi olan “Real”ın baş məşqçisi Karlo Ançelotti klub mövsümü başa çatdıqdan sonra Braziliya millisini çalışdırmağa hazırdır.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, braziliyalı mütəxəssis Titenin gedişindən sonra Braziliya millisinin baş məşqçi postu boş qalıb. O, düny açempionatının 1/4 finalında Xorvatiyaya uduzduqdan sonra istefa verib.
Ançelottinin "Real"ın braziliyalı futbolçuları Vinisius Junior, Eder Militao, Rodriqo, eləcə də “Kral klubu”ndan İngiltərənin "Mançester Yunayted"inə keçən Kazemiro ilə yaxşı münasibəti var.
Qarşıdakı oyunlarda Braziliya millisinə ölkənin gənclərdən ibarət yığmasının məşqçisi Ramon Menezes rəhbərlik edəcək.