Amerika çempionatında  ən çox qazanan   5 oyunçu
24 iyul 2023 19:21 (UTC +04:00)

Amerika çempionatında ən çox qazanan 5 oyunçu

Yüksək futbol liqası (MLS) karyeralarının son mərhələlərinə yaxınlaşan təcrübəli futbolçular üçün populyar bir məkana çevrilib. ABŞ-da onlar yüksək maaşlara və rahat şəraitə arxalana bilərlər.

Lent.az xarici mediaya istinadla ən çox maaş alan ilk beş çempionat ulduzunu təqdim edir.

Federiko Bernardeski (“Toronto”), 6,3 milyon dollar

Federiko Bernardeski özünü Avropada tam reallaşdıra bilməyib. “Yuventus” ilə müqaviləsi 2022-ci ildə başa çatıb, italyan cinah oyunçusu MLS-nin “Toronto” klubuna keçib və dərhal Amerika Liqasında ən yüksək maaş alan oyunçulardan birinə çevrilib.

Bernardeskinin ildə 6,3 milyon dollar qazandığı bildirilir. Lakin onun çıxışları maaşına tam uyğun gəlmir. 29 yaşlı futbolçu bu mövsüm MLS-də 21 oyunda cəmi 3 qol vurub və iki məhsuldar ötürmə edib.

Xavyer Hernandes (LA Qelaksi), 7,4 milyon dollar

“Mançester Yunayted”in və Madrid klubunun keçmiş hücumçusu Xavyer “Çiçarito” Hernandes 2020-ci ilin yanvarından “LA Qelaksi” də çıxış edir. O, o dövrdə ən yüksək maaş alan MLS oyunçusu idi və üç il yarım mövsümdə klub üçün yaxşı iş görüb.

“Los-Anceles Qelaksi” də 83 oyunda Hernandes 39 qol vurub və 7 məhsuldar ötürmə edib. Çiçarito Meksikanın bütün zamanların ən yaxşı bombardiri və öz nəslinin ən məşhur hücumçularından biridir.

35 yaşlı futbolçu bu mövsümü çətin keçirib, MLS və ABŞ Açıq Kubokunda 9 oyunda cəmi bir qol vurub və bir məhsuldar ötürmə edib.

Lorenso İnsinye (“Toronto”), 7,5 milyon dollar

Azarkeşlər 2022-ci ilin yanvarında Lorenso İnsinyenin MLS klubu ilə müqavilə imzaladığını öyrəndikdə şoka düşüblər. İnsinye o vaxt “Napoli”nin görkəmli oyunçusu və kapitanı idi və 2021-ci ilin yayında İtaliya ilə Avro çempionu olub.

Lakin futbolçu artıq 30-u ötmüşkən belə sərfəli təklifi qaçırmaq istəməyib. O, MLS klubunda ildə 7,5 milyon dollara qədər qazanır.

2022-ci ildə kluba qoşulduqdan sonra bütün yarışlarda 27 oyunda İnsinye 10 qol vurub və 4 məhsuldar ötürmə edib.

Cerdan Şakiri (“Çikaqo Fayr”), 8,2 milyon dollar

Cerdan Şakiri “Çikaqo Fayr” tarixində ən bahalı transfer olub: sövdələşmə təxminən 6,5 milyon dollar təşkil edib.

İsveçrə millisinin futbolçusu, həmçinin illik müqavilə maaşı 8,2 milyon dollar olan İnsinyeni liqanın ən çox qazanan oyunçusu kimi siyahıdan kənarlaşdırıb.

Şakiri bu mövsüm bütün turnirlərdə 21 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Şakirinin təcrübəsi "Çikaqo Fayr”a fayda verir.

Lionel Messi (“İnter Mayamı”), 54 milyon dollar

Təbii ki, Lionel Messi ən çox maaş alan MLS oyunçusudur. Yeddi dəfə “Qızıl top”un sahibi bu yay PSJ ilə müqaviləsi başa çatdıqdan sonra “İnter Mayami”yə keçib.

Messi, 35 yaşı olmasına baxmayaraq, fenomenal formasını qoruyub saxlayıb və hazırda Şərq Konfransının turnir cədvəlinin sonuncu pilləsində olan “İnter Mayami” üçün vəziyyəti dəyişdirə bilər.

Məlumatlara görə, Messi böyük fərqlə MLS-in ən çox maaş alan oyunçusu olub. İllik 54 milyon dollar qazanacaq argentinalı hələ klubda debüt etməyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2706
avatar

Oxşar yazılar