Alveşin  həbsxanadakı imtiyazları   AÇIQLANDI
06 fevral 2023 19:23 (UTC +04:00)

Alveşin həbsxanadakı imtiyazları AÇIQLANDI

Zorlamada ittiham olunan braziliyalı Dani Alveşin yerləşdiyi “Brians 2” həbsxanasına gələn qonaq futbolçunun saxlanma şəraitindən danışıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ziyarətçi bildirib ki, ən titullu futbolçunun həbsdə imtiyazları var. O, Alveşi digər məhbuslardan ayrı saxlandığını, onu 4 əməkdaşın mühafizə və xidmət göstərdiyini qeyd edib. "O, dünya şöhrətli idmançı olduğu üçün başqalarından təcrid olunub", - həmin şəxs vurğulayıb.

Fevralın 2-də “Brians 2”nin məhbusu bildirib ki, həbsxana rəisi şəxsən futbolçuya idman meydançasını göstərib, lakin ona başqa xüsusi diqqət yetirilməyib. O, idmançının həbsxanada sıxıldığını bildirib.

Alveş yanvarın 20-də həbs edilib. Futbolçunun qurbanı olduğu iddia edilə şəxs onu gecə klubunun tualetində kilidlədiyini, orada döyərək təcavüz etdiyini bildirib. Həkimlər qızda müqavimət göstərən xəsarətlərin olduğunu təsdiqləyiblər. Alveşi 4 ildən 12 ilə qədər həbs gözləyir.

Alves dünyanın ən titullu futbolçusudur. O, Fransa, İtaliya, İspaniya çempionu olub və bu ölkələrin ölkə kuboklarını qazanıb. Braziliya milli komandasının tərkibində müdafiəçi iki dəfə Amerika Kubokunu və Konfederasiyalar Kubokunu qazanıb, həmçinin Olimpiya Oyunlarının və Gənclər arasında Dünya Çempionatının qalibi olub.


 

# 1983
avatar

Oxşar yazılar