Dani Alveşin saxlanıldığı həbsxananın məhbusu futbolçunun vəziyyətindən danışıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, məhkumun sözlərinə görə, həbsxana rəisi şəxsən 39 yaşlı futbolçuya idman meydançasını göstərib, amma ona başqa cür xüsusi münasibət olmayıb:
“Onun çox darıxdığını görürsən. Amma o, artıq uşaqlarla futbol oynayır. Eyni cinayətə görə burada cəza çəkənlər var”.
Alveş yanvarın 20-də həbs edilib. O, zorlamada ittiham olunur. Yanvarın 30-da həbsdən qorxmadığını etiraf edib. Alveş 15 yaşında evi tərk edərək həyatda müxtəlif situasiyalardan keçdiyini bildirib.