Almaniya millsinin  baş məşqçisi   olmağa hazırdır
12 sentyabr 2023 12:32 (UTC +04:00)

Almaniya millsinin baş məşqçisi olmağa hazırdır

Daha əvvəl "Bavariya" və "Fulhem"ə rəhbərlik etmiş alman mütəxəssis Feliks Maqat Almaniya millisinin yeni baş məşqçisi olmağa hazır olduğunu bildirib.

Lent.az bildirir ki, bu barədə Almaniyanın “Sky Sport” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, 70 yaşlı çalışdırıcı millinin baş məşqçisi kimi işləmək üçün lazım olan bütün keyfiyyətlərə malik olduğuna inanır.

Xatırladaq ki, Hans-Diter Flik sentyabrın 10-da istefaya göndərilib. Bir gün əvvəl Almaniya millisi Yaponiyaya 1:4 hesabı ilə məğlub olub. Son beş qarşılaşmada almanlar dörd məğlubiyyət alıb, bir dəfə heç-heçə edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5247
avatar

Oxşar yazılar