Jordi Alba “Barselona”da qalmaq istədiyini və bunun üçün maaşının azaldılmasına hazır olduğunu bildirib.
Lent.az bildirir ki, bunu xarici mediaya müsahibəsində bildirib.
- Müqavilənizin bitməsinə bir il qalıb. Bunun üzərində çalışırsınız?
- Əlbəttə. Düşünürəm ki, indi yaxşı səviyyədəyəm. Bəli, bütün oyunlarda oynamıram, amma meydana çıxanda maksimum nəticə göstərməyə çalışıram. Oynamayanda isə ehtiyat oyunçuların arasından dəstək verməklə komanda yoldaşlarıma kömək etməyə çalışıram. Mənim üçün bu, futbolun yeni tərəfidir, çünki vaxtilə meydanda çoxlu dəqiqələr keçirirdim. Bu il onların sayı çox deyil, amma mən hələ də oynamağa vaxt tapıram və rolumdan razıyam. Həmkarlara kömək etmək, onlarla birlikdə olmaq, məsləhət vermək vacibdir. Bu da yaxşıdır və məni motivasiya edir.
- Gələn il qalmaq üçün sizdən maaşınızı azaltmağı tələb etsələr, razılaşarsınızmı?
- Bəli. Bu, klubun qərarıdır və məndən soruşanda həmişə kömək etmişəm. Mətbuatda çoxlu yalanlar çıxıb, amma mən həmişə “Barselona”ya kömək etmişəm. Heç kim deməz ki, belə deyil. Bu şeylər incidir, amma onlarla mübarizə aparmağı bacarmalısan. Mən həqiqəti bilirəm və çox sakitəm. Kluba kömək etmək niyyətindəyəm ki, hər iki tərəf xoşbəxt olsun.
- Niyə kimsə deyir ki, karyeranızı bitirməyin vaxtı çatıb?
- Bu, daha çox media üçün verilən sualdır. Özümü yaxşı hiss edirəm və hələ də oynaya biləcəyimi hiss edirəm. Məşqçi və komanda yoldaşlarım, küçədəki insanlar da məni dəstəkləyir. Mən hələ də yaxşı olduğumu hiss edirəm.
Artıq öhdəsindən gələ bilməyəcəyimi və "Barselona" kimi bir klubda oynaya bilməyəcəyimi hiss etdiyim gün öz başıma gedəcəm.
33 yaşlı sol cinah müdafiəçisi bu mövsüm "Barsalena"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 19 oyunda 1 qol vurub və 6 məhsuldar ötürmə edib.