AFFA-da fövqəladə iclas: De Byazidən daha bir hörmətsizlik
22 noyabr 2023 10:43 (UTC +04:00)

AFFA-da fövqəladə iclas: De Byazidən daha bir hörmətsizlik

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilir. 

Apasport.az xəbər verir ki, yığıncaq assosiasiyanın inzibatı binasında təşkil olunub.

Tədbir saat 10:00-da başlayıb. İclasın gündəliyinə duran yeganə məsələ Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ilə bağlıdır.

İtaliyalı mütəxəssis İcraiyyə Komitəsinə hesabat verib. Müqaviləsi başa çatacaq de Byazinin anlaşmasının müddətinin artırılıb-artırılmama məsələsi müzakirə olunacaq. Onun taleyi ilə bağlı yekun qərar veriləcək.

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclasdan erkən ayrılıb. 67 yaşlı mütəxəssis cəmi 10 dəqiqə toplantıda iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4074
avatar

Oxşar yazılar