Zlatan İbrahimoviçlə bağlı bəyanat yayıldı
26 may 2020 19:16 (UTC +04:00)

Zlatan İbrahimoviçlə bağlı bəyanat yayıldı


"Milan" hücumçusu Zlatan İbrahimoviçlə bağlı bəyanat yayıb.

Apasport.az saytının məlumatına görə, "rossonyerlər" isveçli forvardın zədəsi ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

A seriyası təmsilçisi mətbuatda yazıldığı kimi, veteran oyunçunun topuğunda sınıq olmadığını açıqlayıb: "İbrahimoviç dünənki məşqdə sağ ayağından zədə alıb. Amma topuq nahiyəsində heç bir zədə yoxdur. Zlatan 10 gündən sonra yenidən tibbi müayinədən keçəcək".

Qeyd edək ki, mətbuatda İbrahimoviçin topuq sümüyünün sındığı, 38 yaşlı oyunçunun bu üzdən karyerasını başa vuracağı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2728
avatar

Oxşar yazılar