Zlatan İbrahimoviç "Milan"la yeni müqavilə bağlayacaq
20 avqust 2020 19:22 (UTC +04:00)

Zlatan İbrahimoviç "Milan"la yeni müqavilə bağlayacaq

“Milan”ın hücumçusu Zlatan İbrahimoviçin komandada qalacağı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, isveçli forvardın klubla başa çatan müqaviləsinin yenilənməsi qərara alınıb.

Tərəflər arasında bu gün baş tutan görüşdə hərtərəfli razılıq əldə olunub. Bu həftənin sonuna qədər 39 yaşlı oyunçu “rossonyerlər”lə yeni 1 illik sazişə qol çəkəcək.

Qeyd edək ki, Zlatan İbrahimoviç “Milan”a bu ilin əvvəlində “Los-Anceles Qalaksi”dən keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2212
avatar

Oxşar yazılar