Vidal İtaliyaya qayıtmağın əleyhinə deyil
15 aprel 2020 12:26 (UTC +04:00)

Vidal İtaliyaya qayıtmağın əleyhinə deyil

“İnter” “Barselona”nın yarımmüdafiəçisi Arturo Vidalı yaxın transfer pəncərəsində keçidinə ümid edir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, məlumata görə, İtaliya çempionatına qayıtmaqda maraqlıdır. 32 yaşlı futbolçu 2011-ci ildən 2015-ci ilədək “Yuventus”un heyətində çıxış edib. 

Kataloniya klubunun da Vidalın gedişinə mane olmayacağı, lakin bu transferdən 20 milyon avro qazanmaq niyyətində olduğu bildirilir. Lakin Vidalın yaşının və indiki maliyyə vəziyyətində bu məbləğin kifayət qədər yüksək olduğu da qeyd edilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1094
avatar

Oxşar yazılar