Madrid “Real”ının futbolçusu Eden Azar dünyanı təşvişə salan koronavirus pandemiyası haqda danışıb. Lent.az-ın məlumatına görə, RTBF-yə fikirlərini bildirən belçikalı yarımmüdafiəçi narahat olduğunu deyib.
“İnfeksiyaya yoluxmaq qorxusu? Əlbəttə, hamının keçirdiyi hissləri mən də yaşayıram. Ancaq hər şeydən əvvəl xəstələnəcəyim təqdirdə virusu başqalarına ötürməkdən qorxuram. Bu, daha həssas məsələdir. İnanıram ki, vəziyyətin öhdəsindən gələcəyik. Sağalmağımıza çalışmağa hazır olan insanlar var. Ancaq bilirəm ki, bəzi insanlar daha çox risk altındadır. Onlara görə çox narahatam”, - deyə Azar bildirib.
Qeyd edək ki, koronavirusa yoluxma faktı ilk dəfə dekabr ayında Çində qeydə alınıb.