UEFA Çempionlar Liqasının həlledici oyunlarını İstanbulda keçirə bilər
16 aprel 2020 11:04 (UTC +04:00)

UEFA Çempionlar Liqasının həlledici oyunlarını İstanbulda keçirə bilər


UEFA Çempionlar Liqasının (ÇL) formatında dəyişikliyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu 1/4 finaldan etibarən bütün matçların İstanbulda keçirilməsini planlaşdırır.

Avqustda və ya sentyabrın əvvəlində ÇL matçlarının baş tutmasını hədəfləyən UEFA 1/4 və yarımfinalın 1 oyundan ibarət olmasını istəyir. Hətta bununla bağlı Türkiyə Futbol Federasiyası (TFF) ilə müzakirələrə də start verilib. Qurum prezidenti Aleksander Çeferin TFF-yə 8 komandanı qəbul etməyə, onlara baza ayırmağa hazır olmasını tapşırıb. Hətta türklərdən məşq bazalarının siyahısı da istənilib.

Gələn həftə üzv federasiyalarla baş tutacaq videomüşavirədə bu məsələ müzakirə olunacaq. Həmin iclasda həmçinin ölkə çempionatlarının ləğvi qərarının verilməsi də istisna edilmir.

Qeyd edək ki, Çempionlar Liqasının final qarşılaşmasının "Atatürk Olimpiya" stadionunda keçirilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1274
avatar

Oxşar yazılar