Türkiyə Super Liqası koronavirus epidemiyası səbəbindən təxirə salınacaq.
Apasport.az saytının məlumatına görə, bu iddia ilə yerli mətbuat çıxış edib.
Bildirilib ki, Türkiyə Futbol Federasiyası (TFF) oyunların dayandırılmasını qərara alıb. TFF-nin tezliklə bu qərarı rəsmən açıqlaması gözlənilir.
Qeyd edək ki, Super Liqada XXVI tura bu gün start verilməli, martın 16-da yekun vurulmalıdır.