Tofiq Bəhramov adına Respublika stadionu UEFA-nın SİYAHISINDA
19 may 2020 14:44 (UTC +04:00)

Tofiq Bəhramov adına Respublika stadionu UEFA-nın SİYAHISINDA


UEFA-ya üzv olan milli komandaların iştirakı ilə ən çox oyun keçirilən stadionların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvələ əsas yığmalar səviyyəsində ən azı 40 matça ev sahibliyi edən 85 arena daxil edilib.

Azərbaycan yığmasının oyunlarının daha çox keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionu da siyahıda yer alıb.

Ölkəmizin bir nömrəli arenasında millilər səviyyəsində 54 qarşılaşma keçirilib. Bakıdakı stadion cədvəldə 65-ci yerə şərikdir. Eyni sayda görüşə Finlandiyanın paytaxtı Helsinkidəki “Tolon Pallokenta” stadionu da məkan olub.

Respublika stadionu keçmiş SSRİ arenaları arasında 9-cu yerdədir. İlk pillədə isə Moskvadakı “Lujniki” stadionudur. 123 oyuna ev sahibi olan idman qurğusu cədvəldə 20-cidir.

Qonşu Türkiyənin ən çox matçı qəbul edən arenası İsmət İnönü stadionudur. 72 dəfə milli səviyyəli görüşə ev sahibi olan stadion cədvəldə 41-42-ci yerləri bölüşür.

Cədvələ Danimarkanın paytaxtı Kopenhagendəki “Tella Parken” başçılıq edir. Bu arenada millilər səviyyəsində 335 matç baş tutub. İkinci sırada Norveçin “Ullevol” stadionudur. Paytaxt Oslodakı idman qurğusunda 324 qarşılaşma təşkil olunub. İlk “üçlüy”ü Lüksemburqun “Josi Bartel” stadionu tutur – 260 matç. Əfsanəvi “Uembli” arenası 234 oyunla 7-ci pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3793
avatar

Oxşar yazılar

Hollandiyanın baş məşqçisindən iyrənc hərəkətlər - VİDEO

Hollandiyanın baş məşqçisindən iyrənc hərəkətlər - VİDEO

18 iyun 2024 , 09:55
Avstriya-Fransa oyununda  bir qol   vuruldu

Avstriya-Fransa oyununda bir qol vuruldu

18 iyun 2024 , 00:57
Rumıniya Ukraynanı 3:0 məğlub etdi

Rumıniya Ukraynanı 3:0 məğlub etdi

17 iyun 2024 , 19:12
Serxio Ramos "Sevilya"dan ayrıldı

Serxio Ramos "Sevilya"dan ayrıldı

17 iyun 2024 , 19:01
Nəyə görə futbolda Böyük Britaniya komandası  yoxdur? - SİRRİ məlum oldu

Nəyə görə futbolda Böyük Britaniya komandası yoxdur? - SİRRİ məlum oldu

17 iyun 2024 , 16:05
Futbolçu otel otağında fahişədən qaçdı

Futbolçu otel otağında fahişədən qaçdı

17 iyun 2024 , 10:40
İngiltərə Serbiyanı məğlub etdi

İngiltərə Serbiyanı məğlub etdi

17 iyun 2024 , 00:54
Sloveniya Danimarka oyununda iki qol  vuruldu

Sloveniya Danimarka oyununda iki qol vuruldu

16 iyun 2024 , 22:04