Azərbaycan şahmatçısı Teymur Rəcəbov İddiaçılar Turnirində oynamaqdan imtina edib.
Apasport.az saytının məlumatına görə, bunu FİDE açıqlayıb.
Qrossmeyster imtinasını şəxsi səbəblərlə izah edib. Qaydalara əsasən, imtina edən şahmatçını birinci ehtiyat idmançı – Maksim Vaşye-Laqrav əvəzləyib. Bu barədə məlumatlandırılan fransalı oynamağa hazır olduğunu təsdiqləyib.
Qeyd edək ki, Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək turnir martın 16-da start götürəcək.