"Tottenhem"in yarımmüdafiəçisi Erik Dayer 4 oyunluq cəzalandırılıb.
Apasport.az saytının məlumatına görə, buna səbəb futbolçunun azarkeşlə dalaşması olub.
Martda İngiltərə kubokunun 1/8 final mərhələsində "Norviç"lə keçirilən qarşılaşmadan sonra azarkeşlə əlbəyaxa olan 26 yaşlı oyunçu bu hərəkətinə görə, 4 oyunluq diskvalifikasiya olunub. Həmin insident azarkeşlərdən biri tərəfindən videoya çəkilərək sosial şəbəkədə paylaşılıb. Dayer həmçinin 40 min funt-sterlinq məbləğində cərimələnib. "Tottenhem"in növbəti 4 matçı "Bornmut", "Arsenal", "Nyukasl" və "Lester"ə qarşı olacaq.
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan "Tottenhem" - "Norviç" oyununda qonaqlar penaltilər seriyası ilə qalib gələrək, mərhələ adlayıb.