“Yuventus”un hücumçusu Kriştianu Ronaldo klubunun düşərgəsinə qoşulmaqdan imtina edib.
Apasport.az saytının məlumatına görə, ölkəsi Portuqaliyada olan superulduz İtaliyaya qayıtmayacağı barədə klub rəhbərliyini məlumatlandırıb.
Bacısının doğum günü ilə əlaqədar Portuqaliyada olan 35 yaşlı forvard komanda yoldaşı Daniele Ruqanidə koronavirus xəstəliyinin aşkarlanması səbəbindən Turinə bugünkü səfərini təxirə salıb.
Qeyd edək ki, koronavirus infeksiyası sürətlə yayılan İtaliyada 900-ə yaxın adam ölüb.