Türkiyənin “Gənclərbirliyi” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Hamza Hamzaoğlu ilə yollarını ayıran Super Liqa təmsilçisi Samet Aybaba ilə anlaşıb.
Ankara klubu təcrübəli mütəxəssislə 2 illik razılıq əldə edib. Aybaba 2022-ci ilin yayına qədər “qırmızı-qaralar”ı çalışdıracaq.
Qeyd edək ki, 2000 və 2008-ci illərdə də paytaxt klubunda çalışmış mütəxəssisin son iş yeri “Kayserispor” olub.