UEFA PSJ-ni Çempionlar liqasının ¼ final oyununun ikinci hissəsində oyunçuların meydana gec çıxması səbəbindən cərimələyib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Fransa klubu 30 min avro cərimə ödəməlidir. Bundan əlavə, klubun baş məşqçisi Tomas Tuxelə xəbərdarlıq edilib.
Xatırladaq ki, PSJ “Atalanta”nı 2:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
25 il ərzində ilk dəfə yarımfinala vəsiqə qazanan Fransa klubu Almaniya təmsilçisi “Leypsiq”lə qarşılaşacaq. Oyun avqustun 18-də keçiriləcək.