Olimpiya və dördqat Avropa çempionu vəfat etdi
30 aprel 2020 04:30 (UTC +04:00)

Olimpiya və dördqat Avropa çempionu vəfat etdi

SSRİ milli komandasının tərkibində Mexiko Olimpiya Oyunlarının qalibi, nizə atıcısı Janis Lusis 81 yaşında vəfat edib. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Latviya Atletika İttifaqın məlumat yayıb.

O, 1968-ci il Olimpiadasını qazanmaqla yanaşı, 1972-ci ildə gümüş, 1964-cü ildə isə bürünc medala sahib olub. 

İki dəfə dünya rekordunu qıran Lusis, həm də 4 dəfə Avropa çempionu adını qazanıb. 

1987-ci ildə Beynəlxalq Atletika Federasiyaları Birliyi Luisisi idman tarixinin ən yaxşı atıcısı adına layiq görüb. 2014-cü ildə isə atletikanın inkişafına xüsusi töhfəsinə görə Beynəlxalq Federasiyanın Şöhrət Zalına daxil edilib.

Qeyd edək ki, Lusis son illərdə xərçəng xəstəliyindən əziyyət çəkirmiş. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1797
avatar

Oxşar yazılar