“Barselona”nın futbolçusu Samuel Umtiti maraqlı hərəkəti ilə diqqət çəkib.
Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü evində polis axtarışı zamanı yatıb.
Ötən ilin sentyabr ayında villasının qarət edilməsi ilə bağlı polislər məkanda axtarış edərkən divanda uzanan mərkəz müdafiəçisi yuxuya gedib. Polis əməkdaşları işlərini bitirdikdən sonra Umtitini narahat etmədən sakitcə evi tərk ediblər.
Qeyd edək ki, Samuel Umtitinin evi qarət edilən gün futbolçu “Valensiya” ilə çempionat oyununda olub.