“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir karyerasını harada davam etdirəcəyini qətiləşdirib.
Apasport.az saytının məlumatına görə, müqavilə müddəti iyunun sonuna qədər olan fransalı futbolçu Ağdam klubunda qalmaq qərarına gəlib.
Fransa və Türkiyənin aşağı liqa təmsilçilərindən təklif alan 29 yaşlı hücumameyilli oyunçunun Azərbaycan klubu ilə danışıqları müsbət yekunlaşıb. Mərakeş əsilli futbolçu daha yüksək məvacibə başqa komandaya keçməyi planlaşdırırdı. Lakin həm daha iddialı klubdan, həm də istədiyi məbləğdə maaş təklifi almayıb.
“Qarabağ” rəhbərliyinin hazırkı şərtlərdə sözləşmə təklifini müsbət cavablandıran Zubir mövsüm başa çatdıqdan sonra rəsmi müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, Abdullah Zubir “Qarabağ”a 2018-ci ilin yayında “Lans”dan keçib.