Millimizin yeni baş məşqçisi ilə müqavilə rəsmiləşdirildi
30 iyul 2020 18:28 (UTC +04:00)

Millimizin yeni baş məşqçisi ilə müqavilə rəsmiləşdirildi

Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı AFFA ilə Canni De Byazi arasında aparılan danışıqlar uğurla nəticələnib.

Apasport.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, bu gün tərəflər arasında müqavilə imzalanıb.

Müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin avqustun 10-da Bakıya gəlməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2263
avatar

Oxşar yazılar