Fransa Liqa1-də yanvar ayının ən yaxşı futbolçusu açıqlanıb.
Apasport.az saytının məlumatına görə, PSJ-nin hücumçusu Neymar bu ada layiq görülüb.
Peşəkar Futbolçular Assosiasiyasının apardığı sorğunun nəticəsində Neymar yanvarın ən yaxşısı mükafatını alıb. Braziliya millisinin üzvü ötən ay ərzində iştirak etdiyi 3 oyunda 5 qola imza atıb.
Qeyd edək ki, Neymar cari mövsüm meydana çıxdığı 14 oyunda 13 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.