Koronavirusdan müalicə olunan futbolçular - SİYAHI
10 aprel 2020 10:45 (UTC +04:00)

Koronavirusdan müalicə olunan futbolçular - SİYAHI

Koronavirus pandemiyası dünyanın bir çox ölkəsində, Avropada isə, demək olar ki, bütünlüklə futbol yarışlarının dayandırılmasına səbəb olub.

Apasport.az saytının məlumatına görə, artıq 1 milyon 600 mindən çox insan bu virusa yoluxub ki, onlar arasında futbolçular da var.

İndiyə qədər 44 oyunçu koronavirusa yoluxub və onlardan bəziləri artıq sağalıb. Hazırkı duruma əsasən, virusdan əziyyət çəkən və müalicə olunan futbolçular aşağıdakılardır:

İtaliya

Paulo Dibala, Daniele Ruqani, Blez Matuidi (hamısı "Yuventus"), Manolo Qabbyadini, Olbin Ekdal, Antonio la Qumina, Morten Torsbi, Fabio Depaoli, Bartoş Breşinski, Edqar Barreto (hamısı "Sampdoriya"), Mattia Tsakani ("Verona"), Kinq Pol Akpan Udo ("Pyaneze"), Andrea Saraniti ("Leççe"), Marko Sportelyo ("Atalanta"), Antonio Junior Vakka ("Venetsiya").

İspaniya

Vu Ley, Leandro Kabrera (hər ikisi "Espanyol"), Conatas ("Elçe"), Yelko Alfaya ("Berqantinos"), Xose Luis Qaya, Elyakim Manqala və "Valensiya"nın daha 7 futbolçusu, "Jirona"nın adı açıqlanmayan futbolçusu.

Almaniya

Maksimilian Mittelştedt ("Herta"), Luka Kilian ("Paderborn"), Yannes-Kilian Horn, Timo Hyubers (hər ikisi "Hannover"), Fabian Nürnberqer ("Nürnberq").

İngiltərə

Ceyms Bolton, Endi Kennon, Şon Raqet (hamısı "Portsmut"), Çarlz Ostin ("Vest Bromviç"), Pepe Reyna ("Aston Villa").

Fransa

Suk Yun Çjun ("Trua")

Çin

Maruan Fellaini ("Şandun Lunen")

Rusiya

Maksim Astafyev ("Leninqradets")

Yaponiya

Qotoku Sakai ("Vissel Kobe")

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1568
avatar

Oxşar yazılar