Burundi Futbol Federasiyası ölkə çempionatının dayandırıldığını elan edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, koronavirusa baxmayaraq Burundi Afrikada çempionatı davam etdirən yeganə ölkə idi.
Burundidə koronavirusa cəmisi 5 yoluxma təsdiqlənib. Onlardan biri ölümlə nəticələnib.
Avropada futbol çempionatı yalnız Belarusda davam edir. Bundan başqa, Nikaraqua, Tacikistan və Tayvanda da çempionatlar keçirilir.