“Atletiko”nun keçmiş yarımmüdafiəçisi Liqel Cons 81 yaşında koronavirusdan ölüb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu haqda Madrid klubunun rəsmi saytında məlumat yayılıb.
“Atletiko”nun əfsanəvi futbolçusu uzun müddət xərçənglə mübarizə aparıb, ölümünə səbəb isə koronavirus pnevmaniyası olub.
Cons “Atletiko”nun heyətində 1966-cı ildə İspaniya çempionu olub, üç dəfə ölkə Kubokunu (1960, 1961, 1965), eləcə də Kuboklar Kubokunu (1962) qazanıb.