"Qəbələ" fəaliyyətini davam etdirəcək.
Bu barədə apasport.az saytına "qırmızı-qaralar"ın prezidenti Fariz Nəcəfov məlumat verib.
Bölgə təmsilçisinin rəhbəri yalnız büdcənin müəyyənləşdirilməsi ilə bağlı çətinliklərin olduğunu vurğulayıb: "Klub fəaliyyətini davam etdirir. Sadəcə, məlum vəziyyətlə bağlı büdcəni formalaşdırmaq üçün çətinliklər var. İnanıram ki, lazım olan vəsaiti əldə edə biləcəyik".
Qeyd edək ki, "Qəbələ" 2019/20 mövsümünü 8-ci pillədə tamamlayıb.