“Tottenhem”in hücumçusu Harri Keynin yayda komandasını dəyişmək ehtimalı daha da artıb.
Lent.az-ın AS nəşrinə istinadən məlumatına görə, təcrübəli forvard uğrunda mübarizə gərginləşir.
Belə ki, Avropanın iki top-klubu Keyni heyətində görmək arzusundadır. Söhbət “Real” və “Yuventus”dan gedir. Madrid təmsilçisi artıq bir müddətdir ki, ingilis futbolçunun xidmətində maraqlıdır. Öz növbəsində “Yuventus” da Keyni transfer etməkdə israrlıdır. Turinlilərin fikrincə, Harri komandanın lideri Kriştianu Ronaldo ilə yaxşı tandem təşkil edə bilər.
Qeyd edək ki, hazırda zədəli olan 26 yaşlı futbolçu cari mövsümdə ümumilikdə 25 oyunda 17 qola imza atıb.