İtaliya A seriyasının rəhbərliyi növbəti videokonfrans keçirib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda koronavirus pandemiyası üzündən dayandırılan mövsümün mümkün bərpa tarixi müzakirə olunub.
Yekunda İtaliya çempionatı və kubokunun bərpası qeyri-müəyyən müddətə təxirə salınıb. Qərara alınıb ki, koronavirusun ölkə üçün təhlükə kəsb etməsi bitənədək oyunlar keçirilməsin.
Qeyd edək ki, bunadək A seriyasının mayın 24-də bərpa olunacağı bildirilirdi.