“Mançester Siti” İngiltərə Premyer-liqasında heyəti ən bahalı olan klubdur.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Xosep Qvardiolanın komandasının oyunçularının dəyəri 927 milyon funt sterlinq təşkil edir.
İkinci sırada 881 milyonla “Liverpul”dur, ardınca 642 milyonla “Tottenhem”dir.
Premyer-liqanın ən bahalı heyəti olan 10 klubu bunlardır:
1.”Mançester Siti” – 927 milyon funt sterlinq
2. “Liverpul” – 881 milyon funt sterlinq
3. “Tottenhem” – 642 milyon funt sterlinq
4. “Çelsi” – 614 milyon funt sterlinq
5. “Mançester Yunayted” – 583 milyon funt sterlinq
6. “Arsenal” – 514 milyon funt sterlinq
7. “Everton” – 375 milyon funt sterlinq
8. “Lester” – 367 milyon funt sterlinq
9. “Vest Hem” – 286,6 milyon funt sterlinq
10. “Vulverhempton” – 268,2 milyon funt sterlinq