27 yaşlı Mauro İkardi bu mövsüm başa çatandan sonra Madridin “Atletiko” klubuna keçə bilər.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hücum xəttini gücləndirmək istəyən İspaniya klubunun baş məşqçisi Dieqo Simeone artıq argentinalı futbolçunu həyat yoldaşı və agenti Vandoy Naroy ilə ilkin danışıqlara başlayıb.
Ötən il sentyabrın əvvəlində PSJ İkardini Milanın “İnter” klubundan sonradan almaq hüququ ilə bir mövsümlük kirayəyə götürüb. Buna baxmayaraq, Paris klubu Mauronun komandanın liderləri Neymar və Kilian Mbappe ilə münasibətlərinin yaxşıolmaması səbəbindən bu imkandan istifadəyə hazırlaşmır.
İkardi bu mövsümdə fasilə yaranana qədər parislilərin heyətində bütün turnirlərdə 31 oyunda iştirak edib, 20 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun hazırkı transfer qiyməti 60 milyon avrodur.