Dortmund “Borrusiya”sının hücumçusu Erlinq Holand Çempionlar liqasında bir mövsümdə iki komandanın heyətində fərqlənən ilk futbolçu olub.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Çempionlar liqasının 1/8 final mərhələsinin ilk oyununda “Borrusiya” öz meydanında PSJ-yə 2:1 hesabı ilə qalib gəlib. Holand bu oyunda iki dəfə fərqlənib.
Futbolçu buna qədər Çempionlar liqasının qrup mərhələsində №Red Bull ZalsburqUn heyətində 8 qol vurub.
19 yaşlı Holand Norveçin “Bryune” klubunun yetirməsidir. O, Borrusiya”ya 2020-ci ilin yanvar ayında Avstriyanın “Red Bull Zalsburq” klubundan keçib. Onun transfer qiyməti 20 milyon avro təşkil edib. Futbolçu Almaniya klubu ilə 2024-cü ilin yayına qədər müqavilə imzalayıb.
PSJ və “Borrusiya” arasında cavab oyunu martın 11-də Parisdə baş tutacaq.