Beş aydan sonra: Çempionlar Liqası bərpa olunur
06 avqust 2020 17:25 (UTC +04:00)

Beş aydan sonra: Çempionlar Liqası bərpa olunur

Sabah Çempionlar Liqasının 2019/20 mövsümü bərpa olunacaq.

Apasport.az saytının məlumatına görə, 5 aylıq fasilədən qitənin ən nüfuzlu klub turnirində 1/8 finalın cavab oyunları çərçivəsində 4 matç keçiriləcək.

İki günü əhatə edəcək bu qarşılaşmalardan sonra Portuqaliyada təşkil olunacaq həlledici mərhələnin bütün iştirakçıları bəlli olacaq. 1/4 finaldan başlayaraq bütün görüşlər eyni ölkədə keçiriləcək.

İlk oyun günündə “Yuventus” “Lion”u, “Mançester Siti” “Real”ı qəbul edəcək. Turindəki görüşdə meydan sahibləri ilk oyundakı minimalhesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Digər qarşılaşmada isə qonaq komanda revanş üçün mübarizə aparacaq.

Ertəsi gün daha iki 1/4 finalçı müəyyənləşəcək. Səfərdə rəqibini darmadağın edən “Bavariya”nın “Çelsi”ni keçməsi şübhə doğurmur. “Barselona” isə İtaliyada heç-heçə oynadığı “Napoli”ni qonaq edəcək.

Qeyd edək ki, Çempionlar Liqasında 1/4 final oyunları avqustun 12-13-də keçiriləcək.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
7 avqust

23:00. “Yuventus” (İtaliya) – “Lion” (Fransa)
Baş hakim: 
Feliks Zvayer (Almaniya)
Turin. “Yuventus” stadionu
İlk oyun – 0:1

23:00. “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya)
Baş hakim: 
Feliks Brix (Almaniya)
Mançester. Şəhər stadionu
İlk oyun – 2:1

8 avqust
23:00. “Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə)
Baş hakim:
 Ovidiu Alin Hateqan (Rumıniya)
Münhen. “Alyans Arena”
İlk oyun – 3:0

23:00. “Barselona” (İspaniya) – “Napoli” (İtaliya)
Baş hakim:
 Cüneyt Çakır (Türkiyə)
Barselona. “Nou Kamp” stadionu
İlk oyun – 1:1

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3157
avatar

Oxşar yazılar